Türkiyədə kənd təsərrüfatı istehsalının artırılmasına xüsusi diqqət göstəriləcək

Region
  • 16 sentyabr, 2025
  • 02:47
Türkiyədə kənd təsərrüfatı istehsalının artırılmasına xüsusi diqqət göstəriləcək
Ömer Bolat

Vətəndaşlarımızın rifah səviyyəsini, alıcılıq qabiliyyətini, eyni zamanda kənd təsərrüfatı istehsalını artırmağı hədəfləyirik.

"Report" xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömer Bolat "X" sosial şəbəkə hesabındakı paylaşımında qeyd eidb.

Nazir hökumətin əsas məqsədinin kənd təsərrüfatı istehsalını artırmaqla qida təminat təhlükəsizliyini qorumaq, vətəndaşların qida və kənd təsərrüfatı məhsullarına uyğun qiymətlərlə çıxışını asanlaşdırmaq olduğunu vurğulayıb. Bu məqsədə çatmaq üçün istehsalçılarla yanaşı, istehlakçılar və kənd təsərrüfatı–qida sektorunun bütün iştirakçıları ilə sıx əməkdaşlıq etdiklərini bildirib.

"Avropa və dünyanın aparıcı kənd təsərrüfatı ölkələri arasında yer alan ölkəmizdə daxili bazarda balanslı, proqnozlaşdırıla bilən və sabit bir struktur quraraq vətəndaşlarımızın rifahını, alıcılıq gücünü və əsas ehtiyaclara çıxışını təmin etməklə yanaşı, kənd təsərrüfatı istehsalını da artırmağı hədəfləyirik", - nazir qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti