Türkiyədə İŞİD üzvü olduğu ehtimal edilən iki Azərbaycan vətəndaşı öldürülüb

Region
  • 21 may, 2017
  • 05:36
Türkiyədə İŞİD üzvü olduğu ehtimal edilən iki Azərbaycan vətəndaşı öldürülüb

Bakı. 21 may. REPORT.AZ/ Türkiyənin paytaxtı Ankarada polis tərəfindən aparılan əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının iki üzvü öldürülüb.

"Report" "CNN Türk"ə istinadən xəbər verir ki, bu barədə şəhərin qubernatoru Erkan Topac məlumat verib.

KİV-in məlumatına görə, öldürülən şəxslərin Azərbaycan vətəndaşları olduğu bildirilir.