Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 4 hərbçi ölüb, biri yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB

Region
  • 26 noyabr, 2018
  • 08:56
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 4 hərbçi ölüb, biri yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB

Bakı. 26 noyabr. REPORT.AZ/ İstanbulda hərbi helikopterin qəzaya uğraması nəticəsində ölən hərbçilərin sayı 4-ə çatıb. 

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 hərbçi isə yaralanıb. 


*** 12:25

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə İstanbul şəhərinin Sancaktepe rayonunda baş verib.

Qəza nəticəsində 3 hərbçi həlak olub, biri yaralanıb.

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 4 hərbçi ölüb, biri yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB