Türkiyədə eyni ərazidə 3 dəfə zəlzələ olub
Region
- 07 avqust, 2021
- 04:34
Türkiyədə 3 zəlzələ qeydə alınıb.
"Report"un “Habertürk”ə istinadən məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.
Məlumata görə, yeraltı təkanların hər üçü Muğla əyalətinin Datça rayonunda qeydə alınıb. Birinci zəlzələ yerli vaxtla saat 22:57-də 4,2 bal gücündə baş verib. Zəlzələ ocağı 31,9 kilometr dərinlikdə yerləşib.
Bu yeraltı təkandan sonra saat 23:42-də 4,4 bal gücündə ikinci zəlzələ qeydə alınıb. AFAD-ın yaydığı məlumata görə, zəlzələ ocağı 22 kilometr dərinlikdə yerləşib.
Ən güclü zəlzələ saat 04:39-da 4,9 bal gücündə baş verib. Zəlzələ ocağı 16,3 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.
Son xəbərlər
09:00
Premyer Liqa: V tura "Şəfa" - "Sabah" oyunu ilə yekun vurulur
Futbol09:00
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.09.2026)
Maliyyə08:48
"Bakı Metropoliteni" QSC: Qırmızı xətt üzrə interval bərpa olunub - YENİLƏNİB-2
İnfrastruktur08:32
Tokayev Cənubi Koreyada dövlət səfərindədir
Digər ölkələr08:16
Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:01
Bursada TIR motosikletə çırpılıb, iki nəfər ölüb
Region07:42
CNN: ABŞ İranla danışıqları nüvə proqramı üzərində cəmləşdirmək istəyir
Digər ölkələr07:07
ABŞ kəşfiyyat xidmətinin son onillikdə ən böyük yenidənqurmasına başlayır
Digər ölkələr06:42