​Türkiyədə Ədliyyə Nazirliyi işçilərinin şəhərciyində partlayış olub, yaralananlar var

Region
  • 13 iyun, 2016
  • 11:25
​Türkiyədə Ədliyyə Nazirliyi işçilərinin şəhərciyində partlayış olub, yaralananlar var

Bakı. 13 iyun. REPORT.AZ/ Türkiyənin Tunceli əyalətinin Ovacıq rayonunda Ədliyyə Nazirliyi əməkdaşlarının yaşadığı şəhərcik yaxınlığında baş verən partlayış nəticəsində 9 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıblar.

İnformasiyaya əsasən, hadisənin baş vermə səbəbi hələlik məlum deyil.

Partlayış baş verən əraziyə çox sayda təcili tibbi yardım dəstəsi və yanğınsöndürən maşın cəlb edilib.