Türkiyədə dələduzluq yolu ilə milyonlarla pul əldə edənlər saxlanılıb
- 11 iyul, 2026
- 05:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyədə sığorta şirkətlərini saxta qəza dosyeləri ilə aldadaraq 200 milyon TL (4 milyon 200 min dollar) əldə etməkdə şübhəli bilinənlərə qarşı əməliyyat keçirilib.
"Report" xəbər verir ki, bu barədə məlumatı "TRT Haber" yayıb.
"İzmir mərkəzli 5 vilayətdə keçirilən əməliyyatda qondarma qəzalar və ziyan dosyeləri vasitəsilə sığorta şirkətlərini zərərə uğratdıqları iddiası ilə saxlanılan 54 şübhəlidən 24-ü həbs edilib", - məlumatda bildirilib.
Şübhəlilərdən 15-i polis idarəsindəki ifadələrindən sonra, biri isə prokurorluq dindirilmənin ardınca sərbəst buraxılıb.
İstintaq çərçivəsində 3 şübhəlinin tutulması istiqamətində işlər davam edir.
Şübhəlilərin kamera olmayan ərazilərə üstünlük verərək, avtomobilləri qəza etmiş kimi yerləşdirdikləri, fotoşəkillərini çəkdikləri, öz aralarında qəza təsbit protokolu tərtib etdikləri və guya avtomobilləri təmir etdirdikdən sonra ziyan dosyeləri vasitəsilə sığorta şirkətlərinə müraciət etdikləri təsbit olunub.