Türkiyədə BƏƏ kəşfiyyat xidmətinə bağlı olan şəbəkə zərərsizləşdirilib
- 25 noyabr, 2025
- 13:09
Türkiyədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) kəşfiyyat xidmətinə bağlı olan şəbəkə zərərsizləşdirilib.
"Report" "A Haber"ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi və Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyası ilə "Siyasi və ya hərbi casusluq" fəaliyyətlərinin ifşa olunması məqsədilə əməliyyat keçirilib.
Bildirilib ki, BƏƏ kəşfiyyat xidmətinə bağlı olan bir qrup şəxs Türkiyədəki bir mobil operatordan aldıqları nömrə ilə saxta profillər yaradıblar və bu yolla müdafiə sənayesində rəhbər vəzifədə çalışanlar, Xarici İşlər Nazirliyinə məxsus bir telefon və bəzi xarici ölkələrin rəsmiləri ilə əlaqədə olan şəxslər barədə məlumat toplamağa çalışıb.
İstintaq çərçivəsində kimliyi müəyyən edilən 4 şübhəli müəyyən edilib. Əməliyyat zamanı 3 şübhəli saxlanılıb, 1 nəfər isə ölkə xaricində olduğuna görə barəsində həbs qərarı verilib.