Türkiyədə azərbaycanlıların olduğu avtomobil qəzaya uğrayıb, ölən və yaralananlar var
- 15 oktyabr, 2023
- 03:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin İsparta şəhərinin Şarkikaraağaç rayonunda azərbaycanlıların olduğu avtomobil qəzaya uğrayıb.
Bu barədə “Report” NTV-yə istinadən xəbər verir.
Məlumata görə, minik və pikap tipli avtomobillərinin toqquşması nəticəsində biri uşaq olmaqla 4 nəfər ölüb, daha 3 nəfər yaralanıb.
Ölənlər - avtomobillərdən birinin sürücüsü Bayram Ali E., sərnişin Kadir E. və 8 yaşlı Z.C-dir. Onlar aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər.
Qeyd edilir ki, qəza zamanı pikapın sürücüsü M.D, avtomobildə olan Azərbaycan vətəndaşları Semira R., Zilan K. və Mustafa Əli E. xəsarət alıblar.
Hadisə yerinə təcili yardım və jandarm cəlb olunub.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, Semira R.-nın həyatını xilas etmək mümkün olmayıb.
Xəsarət alanlardan Mustafa Əlinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin başvermə səbəbi açqlanmır. Araşdırma aparılır.