Türkiyədə avtobus yük avtomobili ilə toqquşub, 9 nəfər ölüb, 30 nəfər yaralanıb

Region
  • 06 avqust, 2021
  • 05:03
Türkiyədə avtobus yük avtomobili ilə toqquşub, 9 nəfər ölüb, 30 nəfər yaralanıb

Türkiyənin Manisa əyalətinin Soma rayonunda avtobusla TIR-ın toqquşması nəticəsində 9 nəfər ölüb, 30 nəfər yaralanıb.

“Report” xəbər verir ki, hadisə İstanbul-İzmir avtomobil yolunda baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Avtobusda 50 nəfər olub.