Türkiyədə avtobus qəzaya uğrayıb, 2 nəfər ölüb, 33 nəfər yaralanıb

Region
  • 28 mart, 2018
  • 07:57
Türkiyədə avtobus qəzaya uğrayıb, 2 nəfər ölüb, 33 nəfər yaralanıb

Bakı. 28 mart. REPORT.AZ/ Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda baş verən avtobus qəzasında 2 nəfər ölüb, 33 nəfər yaralanıb.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, avtobus əvvəlcə yolun kənarındakı ağaclara, sonra isə yolun istinad divarına çırpılıb.

Hadisə nəticəsində ölənlər avtobus sürücüsü və onun köməkçisidir.

Avtobus Trabzondan İstanbul istiqamətində hərəkət edirmiş. 

44 - Tezliklə