Türkiyədə avtobus dərəyə aşıb: 5 nəfər həlak olub, 40 nəfər yaralanıb

Region
  • 05 avqust, 2017
  • 07:02
Türkiyədə avtobus dərəyə aşıb: 5 nəfər həlak olub, 40 nəfər yaralanıb

Bakı. 5 avqust. REPORT.AZ/ İstanbuldan Samsuna gedən avtobus Türkiyənin Amasya vilayətində qəzaya uğrayıb.

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, avtobusun aşması nəticəsində 5 nəfər həlak olub, 40 nəfər yaralanıb.

Yaralılar dərhal yaxınlıqdakı xəstəxanaya aparılıblar.