Türkiyədə ağır avtoqəzada iki jandarma həlak olub
Region
- 10 oktyabr, 2025
- 19:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin Sakarya vilayətində xidmətdə olan jandarm maşını əks istiqamətdən gələn avtomobillə toqquşub.
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, hadisə vilayətin Akyazı rayonunda qeydə alınıb.
Qəza nəticəsində iki jandarma şəhid olub, digər avtomobildəki iki sərnişin yaralanıb.
Hadisə yerinə xilasedicilər, təcili tibbi yardım və jandarm əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Yol nəqliyyatın hərəkəti üçün bağlanıb. Hadisə ilə bağlı araşdırma başladılıb.
Hadisə ilə bağlı Türkiyənin daxili işlər naziri Əli Yerlikaya və Milli Müdafiə Nazirliyi şəhidlərin ailələrinə başsağlığı verib.
Son xəbərlər
08:02
Tramp bir daha İranla münaqişənin tezliklə sona çatacağını bildirib
Digər ölkələr
07:48
Britaniya HDQ-nin yeganə buzqıran patrul gəmisi sıradan çıxıb
Digər ölkələr
07:38
Lula da Silva seçkilərdən əvvəl sahibkarların 2,5 mlrd dollar borcunu siləcəyinə söz verib
Digər ölkələr
07:24
Yasamal və Binəqədinin bir sıra ərazilərində işıq olmayacaq
Energetika
06:54
Papua-Yeni Qvineya sahillərində 5,7 maqnitudada zəlzələ olub
Digər ölkələr
06:23
Rubio 17-22 oktyabrda Özbəkistan və Hindistana səfər edəcək
Digər ölkələr
06:02
Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb
Digər ölkələr
05:51
Britaniya Ukraynaya hava hücumundan müdafiə raketlərinin tədarükünü sürətləndirəcək
Digər ölkələr
05:12
ABŞ "Bank of America"nı cərimələyib
Digər ölkələr