Türkiyədə 43 nəfər qidadan zəhərlənib
Region
- 24 noyabr, 2025
- 18:23
Türkiyədə 43 nəfər qidadan zəhərlənib.
"Report" xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Bildirilib ki, Sakarya vilayətində qızlar yataqxanasında yaşayan 23 tələbə küçədə yedikləri qidadan sonra özlərini pis hiss ediblər. Onlarda ürəkbulanma, başgicəllənmə və halsızlıq müşahidə olunub. Tələbələrin toyuq dönərindən zəhərləndikləri ehtimal olunur. Onlar xəstəxanaya yerləşdiriliblər.
Həmçinin Bursa şəhərində yerləşən orta məktəblərin birində verilən nahardan sonra 60 şagird və işçinin halı pisləşib. Onlardan 20-si zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.
Qeyd edək ki, bundan əvvəl də Türkiyədə oxşar hal yaşanmışdı. Kocaeli, Rize və Adıyaman şəhərlərində yüzdən çox tələbə qidadan zəhərlənmişdi.
Son xəbərlər
09:25
Yaponiya Putinin İturupa səfərinə görə Rusiyaya qəti etirazını bildirib
Digər ölkələr09:23
PUA hücumundan sonra Salavat sənaye zonasında yanğın baş verib
Region09:16
Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirin qalibi olublar
Komanda09:15
Samuxda qidadan olduğu ehtimal edilən kütləvi zəhərlənmə qeydə alınıb
Hadisə09:12
Azərbaycan nefti cüzi ucuzlaşıb
Energetika09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (13.08.2026)
Maliyyə09:05
UEFA Konfrans Liqası: "Qarabağ" Bakıda "Dinamo" ilə cavab matçına çıxacaq
Futbol08:58
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (13.08.2026)
Maliyyə08:57