Türkiyədə 13 avtomobil toqquşub, ölən və yaralananlar var - YENİLƏNİB
- 11 may, 2023
- 21:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin Adana şəhərinin Pozantı rayonunda 2-si polis maşını olmaqla 13 avtomobil toqquşub.
Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.
Məlumata görə, zəncirvari qəzada 7 nəfər ölüb, daha 7 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda təcili yardım və xilasedicilər göndərilib. Yaralılar Adana ve Pozantıdakı xəstəxanalara çatdırılıblar.
Qeyd edilir ki, qəzada ölənlərdən birinin qohumu hadisədən sonra təcili yardım maşınını qaçırıb.
00:26 Türkiyənin Adana şəhərinin Pozantı rayonunda 2-si polis maşını olmaqla 12 avtomobil toqquşub.
Bu barədə “Report” “İhlas” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, zəncirvari qəzada ölən və yaralananlar var.
Hadisə yerinə çoxlu sayda təcili yardım və xilasedicilər göndərilib. Zərərçəkənlərin sayı açıqlanmır.
Magistral yol qəza ilə əlaqədar bağlanıb.