Türkiyədə son sutkada baş verən 169 yanğından 163-ü söndürülüb - YENİLƏNİB
- 30 iyul, 2026
- 19:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyədə son sutka ərzində ölkə üzrə 169 yanğına müdaxilə olunub, onlardan 110-u meşə ərazilərindən kənarda baş verib.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı "X" sosial şəbəkəsində paylaşım edib.
Nazirin sözlərinə görə, baş vermiş yanğınlardan 163-ü tam nəzarət altına alınıb.
"Son olaraq Antalya vilayətinin Kaş və Isparta vilayətinin Eğirdir rayonlarında qeydə alınan yanğınlar da söndürülüb. Hazırda 5 vilayətdə 6 yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Mersinin Gülnar və Muğlanın Seydikemer rayonlarında yanğınlar böyük ölçüdə nəzarət altına alınıb", - məlumatda qeyd olunub.
Müxbir: Həmid Əhədov
Türkiyədə 115 nöqtədəki yanğının 110-u tamamilə nəzarət altına alınıb.
"Report" xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı iyulun 29-dan başlayan meşə yanğınları ilə bağlı son vəziyyətdən danışarkən bildirib.
Onun sözlərinə görə, Balıkesir - Edremit, Çanakkale - Ayvacık, Antalya - Kumlucadakı meşə yanğınları da nəzarət altına alınıb.
Nazir qeyd edib ki, iyulun 29-dan Türkiyədə 69-u meşə xarici olmaqla 115 yanğına müdaxilə olunub, 110-u tamamilə nəzarət altına alınıb.
"Hazırda hadisə yerlərində 21 təyyarə, 69 helikopter, 500-ə yaxın su maşını və 3 min 500-dən çox şəxsi heyət xidməti vəzifəsini icra edir", - o vurğulayıb.