Türkiyədə 10-u FETÖ üzvü olan 13 nəfər Yunanıstana qaçarkən yaxalanıb

Region
  • 23 avqust, 2023
  • 12:44
Türkiyədə 10-u FETÖ üzvü olan 13 nəfər Yunanıstana qaçarkən yaxalanıb

10-u FETÖ üzvü olan 13 nəfər Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edərkən yaxalanıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

"Sərhədlərimizdə qeyri-qanuni keçidlərə qarşı mübarizəmiz davam edir. Ölkəmizdən Yunanıstana qeyri-qanuni yollarla keçməyə çalışan 13 nəfər sərhəd qartallarımız tərəfindən yaxalanıb. Araşdırmalar nəticəsində həbs edilənlərdən 10-nun FETÖ terror təşkilatının üzvü olduğu müəyyən edilib" - məlumatda qeyd edilib.

44 filmi