Türkiyə XİN İsrail səfirinə ölkəsinə qayıtmağı tövsiyə edib

Region
  • 15 may, 2018
  • 13:27
Türkiyə XİN İsrail səfirinə ölkəsinə qayıtmağı tövsiyə edib

Bakı. 15 may. REPORT.AZ/ İsrailin Ankaradakı səfiri Eitan Naeh mayın 15-də Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, mayın 14-ə Qəzza zolağında baş verən hadisələrlə bağlı diplomata etiraz notası təqdim edilib.

Türkiyə XİN-nin rəsmiləri İsrail səfirinə Ankaranı tərk edərək ölkəsinə qayıtmağı və bir müddət ölkəsində qalmağı tövsiyə ediblər.