Türkiyə və Suriya prezidentləri Moskvada görüşə bilər
Region
- 03 sentyabr, 2016
- 10:20
Bakı. 3 sentyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyanın dövlət başçısı Bəşşar Əsəd Moskvada görüşə bilər.
"Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə Livanda çıxan "Əs-Səfir" qəzeti məlumat yayıb.
Xəbərdə bildirilib ki, görüş Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçiriləcək.
Məlumata görə, tərəflər arasında görüş barədə razılıq Ərdoğanın Moskvaya səfəri zamanı əldə edilib. Vasitəçiliyi isə Rusiya prezidenti Vladimir Putinin etdiyi qeyd olunub.
Xəbərdə vurğulanıb ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının sədri Hakan Fidan sentyabrın 10-da və ya 15-də Ərdoğanla Əsədin görüşünün detallarını müzakirə etmək məqsədilə Dəməşqə səfər edəcək.
Son xəbərlər
05:21
Livan ordusu Beyrutun mərkəzinə nəzarəti bərpa edib
Region05:11
DÇ-2026: İspaniyanın Uruqvayla matçda üstünlüyü davam edir - YENİLƏNİR-3
Futbol05:10
DÇ-2026: Kabo Verde - Səudiyyə Ərəbistanı oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
Futbol04:47
Dünya çempionu Peti bütün medallarını itirib
Futbol04:16
Qrem Arnold: "İraq yığmasının dünya çempionatına vəsiqə qazanması möcüzə idi"
Futbol04:16
Texasda rançodan qaçan zürafə iki həftədir tapılmır
Maraqlı03:54
Pap Tyav: "Seneqal millisinin taleyi öz əlində deyil"
Futbol03:41
ABŞ təyyarəsi İrana zərbələrdən sonra Fars körfəzində patrul xidməti həyata keçirir
Region03:41