Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Region
  • 30 aprel, 2019
  • 17:14
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

“Report” “CNNtürk”ə istinadən xəbər verir ki, Türkiyənin Prezident Administrasiyasından verilən məlumata görə, söhbət zamanı ikitərəfli məsələlər, Liviyadakı vəziyyət müzakirə olunub. R.T.Ərdoğan bu ölkədə sabitliyin bərqərar olmasında maraqlı olduqlarını ifadə edib.

Həmçinin Suriya böhranının həll olunması istiqamətində Astana prosesi çərçivəsində əməkdaşlığı davam etdirmək barədə tərəflər həmfikir olduqlarını təsdiqləyiblər.