Türkiyə və Rusiya prezidentləri arasında görüş keçirilib
Region
- 19 noyabr, 2018
- 14:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 noyabr. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib.
“Report” “CNNTürk”ə istinadən xəbər verir ki, görüş Türkiyə Prezidentinin Yıldız sarayının Mabeyn köşkündə baş tutub.
Liderlərin “Türk axını” layihəsi ilə yanaşı, ikitərəfli əlaqələrin inkişafına və Suriyadakı məsələləri müzakirə etdikləri ehtimal olunur.
Prezidentlərin görüşü mətbuat üçün qapalı keçib və saat yarım davam edib.
Xatırladaq ki, noyabrın 19-da Vladimir Putin Türkiyəyə səfər edib.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin “Türk axını” layihəsinin ilk mərhələsinin tamamlanmasına həsr olunan tədbirdə iştirak ediblər.
Son xəbərlər
12:14
İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar
Xarici siyasət
12:13
AMB rəsmisi: "Gündəlik 20 min manatlıq pul köçürməsi şübhə doğura bilər"
Maliyyə
12:12
Azərbaycan-Türkmənistan-Özbəkistan üçtərəfli əməkdaşlığı müzakirə olunub
Xarici siyasət
12:12
Danimarka millisinin sabiq baş məşqçisi Bu Yuhansson vəfat edib
Futbol
12:11
Azərbaycan əhalisinin 22,6 faizini gənclər təşkil edir
Daxili siyasət
12:07
İlham Əliyev: Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk
Xarici siyasət
12:05
Türkiyədə aramsız yağışlar: 2 nəfər həlak olub, məktəblər bağlanıb
Region
12:04
Foto
İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir - yenilənib-2
Xarici siyasət
12:01
Azərbaycanda "Rəqəmsal rabitə" informasiya sistemi yaradılır
İKT