Türkiyə və BƏƏ rəsmiləri Əbu-Dabidə regional vəziyyəti müzakirə ediblər

Region
  • 25 dekabr, 2024
  • 11:25
Türkiyə və BƏƏ rəsmiləri Əbu-Dabidə regional vəziyyəti müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zaid əl-Nahyan ilə Əbu-Dabidə görüşüb.

“Report” xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.

Bildirilib ki, görüşdə ikitərəfli münasibətlərlə yanaşı, Suriya və Qəzza zolağındakı vəziyyət də müzakirə olunub.