Türkiyə Sahil Mühafizə Xidməti 68 qanunsuz mühaciri xilas edib

Region
  • 14 dekabr, 2017
  • 16:53
Türkiyə Sahil Mühafizə Xidməti 68 qanunsuz mühaciri xilas edib

Bakı. 14 dekabr. REPORT.AZ/ Türkiyə Sahil Mühafizə Xidməti Egey dənizinin İzmir əyaləti ərazisində 68 qanunsuz mühaciri xilas edib. 

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, içərisində qaçqınlar olan qayıq Dikili limanı yaxınlığında qayaya çırpılıb.

Hadisə yerinə iki helikopter və xilasedici gəmi cəlb olunub. Qəza nəticəsində ölən olmayıb. Onlara ilkin tibbi yardım göstərilib.

Qanunsuz mühacirlər, adətən, Bolqarıstan və Rumıniyaya getmək üçün tranzit olaraq Türkiyə ərazisindən istifadə edirlər. 

44 - Tezliklə