Türkiyə rəhbərliyi Rusiya – Ukrayna müharibəsinin yaxın vaxtlarda başa çatacağına inanır
Region
- 27 fevral, 2025
- 02:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Rusiya – Ukrayna müharibəsinin yaxın vaxtlarda sona çatacağına ümid etdiyini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin baş diplomatı Qətərin “Al Jazeera” telekanalına verdiyi müsahibəsində bildirib.
“Düzünü desək, Ukraynadakı müharibə ilə bağlı biz onun başa çatması üçün əlamətlər görürük”, – Fidan qeyd edib.
Nazir vurğulayıb ki, Türkiyə yaxın aylarda bu istiqamətdə real addımlar atılmasını gözləyir və əlavə edib: “Yaydan əvvəl biz konkret bir şey görəcəyik”.
Nazir yaxın vaxtlarda böhrandan çıxmağa səbəb ola biləcək addımların atılacağına inandığını söyləyib.
Son xəbərlər
12:11
Hindistanda göyərtəsində 6 sərnişinin olduğu helikopter məcburi eniş edib
Digər ölkələr
12:10
Özbəkistan və Hindistan XİN başçıları Bakıda görüş keçiriblər
Region
12:09
Bakıda baş verən kütləvi dava ilə bağlı cinayət işi başlanıb - Yenilənib
Hadisə
11:59
Azərbaycan XİN İordaniyaya başsağlığı verib
Xarici siyasət
11:54
Azərbaycanda istehlakçılara satılmış mal və xidmətlərin dəyəri 65 milyard manatı ötüb
Maliyyə
11:48
Ermənistanda iki müxalifətçi Antikorrupsiya Komitəsinə aparılıb
Region
11:45
İrəvanda COP-17 və "yaşıl ikiüzlülük" - Cənubi Qafqazın ekologiyasına Ermənistanın "töhfələri"
Analitika
11:39
Filippində təlim uçuşu zamanı 4 pilot ölüb
Digər ölkələr
11:12
"Barselona", "Bavariya" və "Çelsi" Luka Vuşkoviçlə maraqlanır
Futbol