Türkiyə prezidentinin Rusiyaya səfərinin tarixi açıqlanıb

Region
  • 24 fevral, 2017
  • 09:33
Türkiyə prezidentinin Rusiyaya səfərinin tarixi açıqlanıb

Bakı. 24 fevral. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 9-10-da Rusiyaya səfər edəcək.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, onun səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə energetika və Suriyaya dair məsələləri də müzakirə edəcəyi gözlənilir.