Türkiyə Prezidentinin müşaviri Ərdoğan-Putin görüşünü prioritet adlandırıb

Region
  • 28 avqust, 2023
  • 20:04
Türkiyə Prezidentinin müşaviri Ərdoğan-Putin görüşünü prioritet adlandırıb

Ankara Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında tez bir zamanda görüşün təmin olunmasını prioritet hesab edir.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıç NTV telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Prezident Administrasiyası bu görüşün müxtəlif tarixləri və müxtəlif formatları üzərində işləyir.

“Burada birinci prioritet prezidentimizin mümkün qədər tez Putinlə görüşməsini təmin etməkdir”, - müşavir bildirib.

Bundan əvvəl "Bloomberg" Türkiyə rəsmilərinə istinadən yazıb ki, Rəcəb Tayyib Ərdoğan sentyabrın 8-də Vladimir Putinlə görüşmək üçün Rusiyaya gələcək.

44 filmi