Türkiyə prezidentinin ABŞ-a səfərinin tarixi açıqlanıb

Region
  • 21 sentyabr, 2018
  • 15:31
Türkiyə prezidentinin ABŞ-a səfərinin tarixi açıqlanıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın ABŞ-a səfərinin tarixi açıqlanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, qardaş ölkənin dövlət başçısı sentyabrın 23-27-də BMT Baş Assambleyasının sessiyasında çıxış etmək, habelə miqrasiyaya dair yüksək səviyyəli iclasda iştirak etmək üçün Nyu-Yorka gedəcək.

R.T.Ərdoğan səfər çərçivəsində BMT baş katibi, bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə ikitərəfli danışıqlar keçirməklə yanaşı, ABŞ-ın işgüzar dairələri, türk və müsəlman icmalarının təmsilçiləri ilə də görüşəcək. 

Onun ABŞ prezidenti Donald Trampla görüşünün keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil.