Türkiyə Prezidenti: "Taxıl sazişinin müddətinin uzadılması ilə bağlı Putinlə həmfikirik”

Region
  • 14 iyul, 2023
  • 12:34
Türkiyə Prezidenti: Taxıl sazişinin müddətinin uzadılması ilə bağlı Putinlə həmfikirik”

"Taxıl sazişinin müddətinin uzadılması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə həmfikirik”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, BMT Baş katibi Antoniu Quterreş də bu barədə Putinə məktub göndərib: “Ümid edirəm, sazişin müddəti növbəti dəfə uzadılacaq”.

Qeyd edək ki, “Taxıl sazişi”nin müddəti iyulun 17-də başa çatacaq.