Türkiyə ordusu Suriyada 5 terrorçunu zərərsizləşdirib

Region
  • 26 iyun, 2022
  • 12:20
Türkiyə ordusu Suriyada 5 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu Suriyanın şimalında PKK/YPG-nin 5 terrorçusunu zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Terrorçuların “Barış bulağı” və “Zeytun budağı” əməliyyatları bölgələrinə hücuma hazırlaşdıqları bildirilib.