Türkiyə ordusu son bir həftədə 45 terrorçu öldürüb
Region
- 17 oktyabr, 2024
- 09:43
Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimal hissəsində keçirdikləri antiterror əməliyyatı nəticəsində 45 terrorçunu zərərsizləşdirib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zəki Aktürk bildirib.
Müşavirin sözlərinə görə, 2024-cü il yanvarın 1-dən indiyədək iki min 194 terrorçu öldürülüb.
Aktürk bildirib ki, “Pence-kilid” əməliyyatı böyük əzmlə davam edir: “İndiyədək ümumilikdə 3 min 94 mina və PUA məhv edilib, 1256 mağara və sığınacaq yararsız vəziyyətə salınıb, 937-si ağır silah olmaqla, 2 min 333 müxtəlif silah və bu silahların 881 min 445 sursatı ələ keçirilib”.
Müşavir həmçinin qeyd edib ki, 82 min 307 nəfərin Türkiyəyə qanunsuz keçidinin qarşısı alınıb.
Son xəbərlər
18:33
Əraqçi: İran uranı dinc məqsədlər üçün 60 %-ə qədər zənginləşdirir
Region18:27
Foto
ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
Daxili siyasət18:25
Aİ-də qanunsuz miqrasiya ilə mübarizə üzrə vahid mexanizm hazırlanacaq
Digər ölkələr18:11
Azərbaycanın gənclər və könüllü təşkilatları beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb
Daxili siyasət18:11
Foto
İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
Daxili siyasət18:05
Foto
UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-4
Futbol18:03
Tramp: Hörmüz boğazından rekord həcmdə neft daşınıb
Digər ölkələr17:55
Foto
ANAMA sədri və agentlik əməkdaşları Zəfər abidəsini ziyarət ediblər
Daxili siyasət17:48
Foto