Türkiyə ordusu İraqda yeni əməliyyat keçirib, 17 terrorçu öldürülüb

Region
  • 21 sentyabr, 2024
  • 12:40
Türkiyə ordusu İraqda yeni əməliyyat keçirib, 17 terrorçu öldürülüb

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçirib.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Qara, Hakurk və Qəndildə keçirilən əməliyyat nəticəsində 17 terrorçu öldürülüb.