Türkiyə MN: "Sərhədi qanunsuz keçmək istəyən 8 FETÖ-çü saxlanılıb"

Region
  • 25 avqust, 2023
  • 12:26
Türkiyə MN: Sərhədi qanunsuz keçmək istəyən 8 FETÖ-çü saxlanılıb

Yunanıstan istiqamətində Türkiyə sərhədini pozmaq istəyən ümumilikdə 17 şəxs, o cümlədən FETÖ terror təşkilatının 8 üzvü saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, saxlanılanlardan 1-i PKK/KCK terror təşkilatının üzvüdür.

Vurğulanıb ki, Türkiyənin sərhəd pozucularına qarşı mübarizəsi davam edir.