​Türkiyə məhkəmələrinin 83 əməkdaşı barəsində axtarış elan edilib

Region
  • 16 avqust, 2016
  • 12:06
​Türkiyə məhkəmələrinin 83 əməkdaşı barəsində axtarış elan edilib

Bakı. 16 avqust. REPORT.AZ/ Türkiyə məhkəmələrinin Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlıqda şübhəli bilinən 83 əməkdaşı barəsində axtarış elan edilib.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, avqustun 16-da polis həmin şəxslərin evlərində və ofislərində axtarış aparıb.