Türkiyə lideri: Qəzzada atəşkəsin əldə edilməsi üçün əlimizdən gələni edirik
- 24 oktyabr, 2025
- 12:22
Türkiyə Qəzzada atəşkəsin əldə edilməsi üçün əlindən gələni etməkdə davam edir.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
R.T.Ərdoğan bildirib ki, HƏMAS atəşkəsə riayət edir: "Başda Amerika Birləşmiş Ştatları olmaqla beynəlxalq ictimaiyyət İsrailin atəşkəsə və razılaşmaya tam riayət etməsini təmin etmək üçün daha çox səy göstərməlidir".
Türkiyə lideri Qəzzanın yenidən ayağa qalxacağına inamını ifadə edib: "Qəzzanı yenidən bərpa etmək üçün hazırlıqlar aparırıq. Artıq söz yox, əməl vaxtıdır".
Ərdoğan Körfəz ölkələrindəki görüşlərində bu məsələ ətrafında müzakirələrə də toxunub:
"Küveyt, Qətər və Omanda bu məsələ ilə bağlı güclü və səmimi bir iradə, həmçinin vicdani həssaslıq gördük. Xüsusilə, Qətər bu vaxta qədər Fələstinə ən çox dəstək verən ölkələrdən biridir".