Türkiyə və Ukraynanın müdafiə nazirləri “taxıl sazişi”ni müzakirə ediblər

Region
  • 22 iyun, 2023
  • 15:51
Türkiyə və Ukraynanın müdafiə nazirləri “taxıl sazişi”ni müzakirə ediblər

Türkiyənin müdafiə naziri Yaşar Güler ukraynalı həmkarı Oleksiy Reznikovla telefonla danışıb.

Bu barədə “Report” Türkiyə KİV-ə istinadən xəbər verir.

Tərəflər qlobal qida böhranının aradan qaldırılmasına ciddi töhfə verən “taxıl sazişi”nin icrası ilə bağlı son vəziyyəti, humanitar yardım və regionda sülhün təmin edilməsi məsələsini müzakirə ediblər.