Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında iki anlaşma memorandumu imzalanıb
- 09 iyun, 2026
- 18:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında iki anlaşma memorandumu imzalanıb.
"Report" xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ər-Riyad səfəri çərçivəsində müsahibə zamanı açıqlayıb.
"Bölgədə baş verən müharibələrdən sonra alternativ nəqliyyat marşrutlarının yaradılmasının zəruriliyi ilə bağlı ortaq bir anlayışa sahibik", - o bildirib.
Uraloğlunun sözlərinə görə, səfərin məqsədi bu sahədə əlaqaləri gücləndirmək olub:
"Logistika əlaqələrini inkişaf etdirmək məqsədilə bir səfər həyata keçirdik və iki anlaşma memorandumu imzaladıq. Regional miqyasda inkişaf etdirdiyimiz bu əməkdaşlığın digər ölkələr üçün də nümunə təşkil edəcəyinə inanırıq".
🎙️ Türkiye ve Suudi Arabistan arasında son dönemde gelişen iş birliği bizim için büyük önem taşıyor.
— Abdulkadir URALOĞLU (@a_uraloglu) June 9, 2026
Bölgemizde yaşanan savaşların ardından alternatif ulaşım güzergâhlarının oluşturulması gerektiği konusunda ortak bir anlayışa sahibiz.
Bu doğrultuda, Suudi Arabistan ile… pic.twitter.com/FIFwMS7uj5