Türkiyə, İran və Rusiya XİN başçılarının görüşünün tarixi açıqlanıb

Region
  • 06 mart, 2018
  • 07:12
Türkiyə, İran və Rusiya XİN başçılarının görüşünün tarixi açıqlanıb

Bakı. 6 mart. REPORT.AZ/ Türkiyə, İran və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Məhəmmədcavad Zərif və Sergey Lavrov martın 16-da Astanada görüşəcəklər.

“Report” xəbər verir ki, məlumatı Qazaxıstanın Xarici İşlər Nazirliyi yayıb.

Üç ölkənin xarici siyasət idarələrinin rəhbərləri Suriyada böhranın tənzimlənməsini, üç dövlətin atacağı növbəti birgə addımları müzakirə edəcəklər.

Məlumata görə, Astana görüşü müşahidəçisiz və Suriya tərəfinin iştirak olmadan keçiriləcək. BMT baş katibinin Suriya məsələsi üzrə xüsusi nümayəndəsi Staffan de Mistura tədbirə dəvət olunacaq.