Türkiyə hərbçiləri NATO-nun Portuqaliyadakı təlimlərində iştirak edib
- 14 may, 2026
- 21:10
Yeniliklərdən dərhal xəbərdar olun!
NATO-nun ən mühüm qarşılıqlı fəaliyyət təlimlərindən olan "Steadfast Cobalt 2026-A" (STCO26) və "Steadfast Deterrence 2026" (STDC26) İzmirdə yerləşən Səyyar MEBS Dəstəsinin (DCM-F) iştirakı ilə Portuqaliyada həyata keçirilib.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Təlim müddətində Səyyar Rabitə və İnformasiya Sistemləri (CIS) Modulundan istifadə edilərək təlimdə iştirak edən elementlər arasında təhlükəsiz, fasiləsiz və qarşılıqlı fəaliyyət göstərə bilən rabitə infrastrukturu uğurla təmin edilib", - paylaşımda bildirilib.
Məlumata görə, fəaliyyətlər çərçivəsində yüksək səviyyəli əməliyyat hazırlığı, texniki peşəkarlıq və sürətli dislokasiya qabiliyyəti bir daha nümayiş etdirilib. Həmçinin, NATO-nun müştərək əməliyyat və tapşırıq şəbəkə infrastrukturu effektiv şəkildə dəstəklənib.
30 aprel 2026-cı il tarixində başlayan "Steadfast Cobalt 2026-A" və ardınca icra edilən "Steadfast Deterrence 2026" təlimləri başa çatıb.
📍 Campo Militar de Santa Margarida, Portekiz 🇵🇹
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) May 14, 2026
🗓️ 7 Nisan – 13 Mayıs 2026
İzmir (Türkiye) / Portekiz – NATO’nun en önemli birlikte çalışabilirlik tatbikatlarından olan Steadfast Cobalt 2026-A (STCO26) ve Steadfast Deterrence 2026 (STDC26), İzmir’de konuşlu İntikal… pic.twitter.com/eQPKnUdJjy