Türkiyəyə əcnəbi vətəndaşlara müvəqqəti yaşama icazələrinin verilməsini dayandırıb

Region
  • 14 iyun, 2022
  • 23:47
Türkiyəyə əcnəbi vətəndaşlara müvəqqəti yaşama icazələrinin verilməsini dayandırıb

Türkiyəyə əcnəbi vətəndaşlara müvəqqəti yaşama icazələrinin verilməsini dayandırıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə məlumat Türkiyə hökumətinin miqrasiya məsələləri üzrə yeni tədbirlər planında öz əksini tapıb.

Qeyd olunub ki, 10 fevral 2022-ci il tarixindən sonra Türkiyəyə səfər edən əcnəbi vətəndaşlar əvvəlcədən aldıqları vizada göstərilən tarixədək ölkə ərazisində qala bilər. Həmçinin həmin tarixdən sonra (10 fevral 2022-ci il) ilk dəfə 6 ay, 1 il,yaxud 2 illik müvəqqəti yaşama icazəsi almaq üçün Türkiyənin müvafiq miqrasiya idarələrinə müraciət edən əcnəbilərin müraciətləri rədd olunacaq.

Habelə Türkiyədə təhsil almaq üçün bu ölkəyə köçən xarici ölkə vətəndaşları üçün birmənalı olaraq tələbə vizası almaq məcburi xarakter daşıyacaq.

Eyni hal həmçinin tibbi viza ilə Türkiyəyə köç edən xarici ölkə vətəndaşlarına da şamil ediləcək.

Bununla yanaşı, ölkənin böyük şəhərlərində (İstanbul, Ankara, İzmir başda olmaqla) 75 min ABŞ dolları, digər şəhər və bölgələrdə isə 50 min dollar dəyərindən ucuz ev satın alan xarici ölkə vətəndaşlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında müvəqqəti yaşama icazələrinin verilməsi dayandırılıb.

Bununla belə, ev kiraləyən əcnəbilərin, yerli miqrasiya orqanına müvəqqəti yaşama icazəsi almaq məqsədilə müraciət etməsi üçün ev sahibi (sahibəsi) ilə notarial qaydada kirayə haqqında müqaviləni təsdiq etməsi lazım gələcək.

Artıq bir neçə böyük şəhərin 1 200 məhəllə və səmtlərində ölkənin Miqrasiya İdarəsi tərəfindən əcnəbi sıxlığının qarşısını almaq məqsədilə müvəqqəti yaşama icazələrinin verilməsi tamamilə dayandırılıb.

Xatırladaq ki, son aylarda Türkiyəyə, xüsusilə ölkənin İstanbul, Ankara və İzmir kimi böyük şəhərlərinə köçən Azərbaycan vətəndaşları üçün də turistik kateqoriyaya daxil olan müvəqqəti yaşama icazəsinin rədd olunması aktual xarakter alıb.

44 filmi