Türkiyə baş nazirinin İraqa səfərinin tarixi açıqlanıb

Region
  • 10 oktyabr, 2017
  • 14:01
Türkiyə baş nazirinin İraqa səfərinin tarixi açıqlanıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırım cari həftənin sonu İraqa səfər edəcək.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bu səfərin oktyabrın 15-də gerçəkləşəcəyi gözlənilir.

B.Yıldırım səfər çərçivəsində İraqın baş naziri Heydər əl-İbadi ilə görüşəcək. Hər iki rəsminin İraqın şimalında keçirilən “referendum”dan sonrakı vəziyyəti, Başika bölgəsində Türkiyə hərbçilərinin qalmasının vacibliyini müzakirə edəcəkləri gözlənilir. 

44 - Tezliklə