Türkiyə Almaniyadakı səfirini geri çağırıb
Region
- 02 iyun, 2016
- 11:49
Bakı. 2 iyun . REPORT.AZ/ Almaniya parlamentinin qondarma "erməni soyqırımı"nı tanımasına etiraz olaraq Türkiyə bu ölkədəki səfiri Hüseyn Avni Karslıoğlunu geri çağırıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, bu gün Almaniya parlamenti qondarma "erməni soyqırımı"nın tanınması barədə qətnamə qəbul edib.
Qətnaməni parlamentdə deputatları çoxluq təşkil edən qrup - kansler Angela Merkelin Siyasi Partiyalar İttifaqı və Almaniyanın Sosial Demokrat Partiyası, eləcə də "Yaşıllar" Partiyası təqdim edib.
Qətnamədə həmçinin Almaniya hökumətinin tarixi hadisələrə görə məsuliyyətini tanıması, eləcə də 1915-ci il hadisələrini "soyqırım" kimi tanıması əks olunub.
Son xəbərlər
21:54
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
Region21:46
Paşinyan Putinlə CQDY-nin konsessiyasını müzakirə etmək niyyətindədir
Region21:43
Foto
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
Fərdi21:40
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb
Futbol21:38
Riçard Qrenel: Amerikada jurnalistika ölüb
Digər ölkələr21:29
İran və Oman Hörmüzdə təhlükəsiz marşrutla bağlı razılığa gəlib
Region21:14
Kanadada avtomobilin izdihama çırpılması nəticəsində altı nəfər xəsarət alıb
Digər ölkələr21:01
Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Daxili siyasət20:47