Türkiyə Ali Məhkəməsinə 75, Kassasiya Məhkəməsinə 267 yeni üzv təyin edilib
Region
- 25 iyul, 2016
- 11:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 25 iyul. REPORT.AZ/ Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın sədrliyi ilə Hakim və Prokurorlar Ali Şurasının (HSYK) toplantısı keçirilib.
"Report" "Milliyet"ə istinadən xəbər verir ki, yığıncaqda HSYK İdarə Heyətinin 17 üzvü iştirak edib.
Toplantının yekununda Türkiyə Ali Məhkəməsinə (Danıştay) 75, Kassasiya Məhkəməsinə (Yargıtay) 267 nəfər yeni üzv təyin edilib.
HSYK bu təyinatları hər iki məhkəmənin üzvlərinin səlahiyyət müddətlərinin bitməsi ilə əsaslandırıb.
Qeyd edək ki, Türkiyənin baş naziri Binəli Yıldırım ölkədə uğursuz dövlət çevrilişi cəhdinə görə aparılan istintaq tədbirləri çərçivəsində 2 100 hakim və prokurorun saxlanıldığını bildirib. Onların arasında HSYK-nın 5 üzvü də var.
Son xəbərlər
19:15
Yəmən husilərin yaşayış rayonlarını minalanmasına qarşı BMT-yə müraciət edib
Digər ölkələr
18:58
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
Fərdi
18:56
Novak: "Neft emalı zavodlarına hücumlar yanacaq bazarına təsir etməyəcək"
Energetika
18:50
Foto
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
Futbol
18:46
Efiopiyada PUA zərbələri nəticəsində 15 nəfər ölüb
Digər ölkələr
18:37
Foto
Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışında iştirak ediblər
Turizm
18:30
Foto
Gəncə Regional Turizm Şurasının ilk iclası keçirilib
Turizm
18:23
Azərbaycanda sığorta bazarı üçün Açıq məlumatlar portalı yaradılacaq
Maliyyə
18:21
Foto
ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – "Məhsul bayramı" təşkil edilib
Elm və təhsil