Türkiyə-Avropa İttifaqı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısının tarixi açıqlanıb

Region
  • 05 mart, 2019
  • 13:21
Türkiyə-Avropa İttifaqı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısının tarixi açıqlanıb

Bakı. 5 mart. REPORT.AZ/ Türkiyə ilə Avropa İttifaqı arasında ən yüksək əməkdaşlıq formatı olan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası martın 15-də Brüsseldə keçiriləcək.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, toplantıda Türkiyə nümayəndə heyətinə xarici işlər naziri Mövlud Çavuşoğlu, Avropa İttifaqının heyətinə isə qurumun xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini başçılıq edəcək.

Toplantıya Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han da qatılacaq.

Yığıncaqda vizanın sadələşdirilməsi, Gömrük İttifaqının gücləndirilməsi, terrora qarşı mübarizədə əməkdaşlıq kimi məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyə ilə İttifaq arasında 53-cü toplantı 2015-ci il mayın 18-də keçirilib. 

44 - Tezliklə