Türkiyə ABŞ-dan vətəndaşlarının təxliyəsinə başladı

Region
  • 25 aprel, 2020
  • 10:18
Türkiyə ABŞ-dan vətəndaşlarının təxliyəsinə başladı
Report

Türkiyə hökuməti koronavirus pandemiyası səbəbindən ABŞ-dan vətəndaşlarının təxliyəsinə başlayıb.

Bu barədə "Report"un xüsusi müxbirinə açıqlamasında Türk Amerikan Dərnəkləri Federasiyasının (TADF) rəhbəri Tulga Tekman məlumat verib. 

Onun sözlərinə görə, "Türk Hava Yolları" şirkəti ilk təxliyəni aprelin 24-də Los-Anceles şəhərindən həyata keçirib: “Pandemiya səbəbindən Türkiyəyə dönə bilməyən vətəndaşlarımızın Ramazan ayında Vətəndə olması üçün prezident Rəcəp Tayyib Ərdoğanın qərarı ilə üç təyyarə ayrılıb. Birinci təyyarə ilə Los-Ancelesdən 13-ü uşaq olmaqla 270 nəfər təxliyə olundu. Növbəti uçuş də həmin gün Nyu-York şəhərindən reallaşdı və 6-sı uşaq olmaqla 354 vətəndaşımız Türkiyəyə göndərildi".

Qeyd edək ki, Türkiyənin ABŞ-dan təxliyə etdiyi vətəndaşlar 14 gün karantində qalacaq.

Vüsalə Abbasova