Tramp ABŞ və İran arasında anlaşma memorandumunun imzalandığını təsdiq edib
- 15 iyun, 2026
- 20:25
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ və İran arasında anlaşma memorandumu imzalanıb.
"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.
Onun sözlərinə görə, Hörmüz boğazı iyunun 19-da tam şəkildə açılacaq.
Tramp ABŞ və İran arasında razılaşmaların imzalanmasından məmnun olduğunu bildirib: "İranla razılaşmadan çox məmnunam, çünki Hörmüz boğazının cümə günü tam açılması gözlənilir".
O qeyd edib ki, özünün Cenevrədə memorandumun imzalanmasında iştirak etməsi ehtimalı azdır, lakin ABŞ vitse-prezidenti Cey Di Vensin mərasimdə iştirak edəcəyini qeyd edib: "O vaxta qədər, yəqin ki, artıq gedəcəyəm. Amma Vens artıq buna hazırlaşır".
Tramp Tehran və Vaşinqton arasında əldə edilən razılaşmaların həyata keçirilməsinin ABŞ-ın İrana qarşı sanksiyalarının ləğvini də əhatə etdiyini təsdiqləyib.
"Bu, davranışdan asılıdır. Əgər onlar (İran hakimiyyəti – Qeyd) gözlənilənləri etsələr, sanksiyaların ləğvi baş verməyə başlayacaq", - deyə ABŞ prezidenti bildirib.
"Axios" və "Reuters" bəyan edib ki, İranla anlaşma memorandumunu ABŞ tərəfindən Prezident Donald Tramp və vitse-prezident Cey Di Vens, Tehran adından isə bu ölkənin parlamentinin sədri Məhəmmədbaqer Qalibaf imzalayıb.
Memorandum elektron şəkildə imzalanıb. Rəsmi imzalanma mərasimi iyunun 19-da İsveçrədə keçiriləcək.