Tramp: ABŞ tam və qəti qələbə qazanıb

Region
  • 08 aprel, 2026
  • 07:47
Tramp: ABŞ tam və qəti qələbə qazanıb

Prezident Donald Tramp çərşənbə axşamı bildirib ki, İranla iki həftəlik atəşkəs razılaşması əldə edildikdən sonra ABŞ tam və qəti qələbə qazanıb.

"Report" xəbər verir ki, Tramp bunu AFP-yə açıqlayıb.

"Tam və qəti qələbə, 100 faiz və bu barədə heç bir şübhə yoxdur", - Tramp atəşkəs elan edildikdən qısa müddət sonra telefonla qısa müsahibəsində deyib.

ABŞ lideri razılaşma pozularsa, İranın mülki elektrik stansiyalarını və körpülərini darmadağın etmək barədə ilkin təhdidlər barədə suala ətraflı cavab verməyib. "Bunu görməli olacaqsınız", - Tramp AFP-yə deyib.

Onun sözlərinə görə, İranın zənginləşdirilmiş uranı məsələsi həll ediləcək:

"İranı iki həftəlik atəşkəs razılaşmasına üçün danışıqlar masasına gətirməyə Çinin kömək etdiyinə inanıram".

ABŞ prezidentinin çinli həmkarı Si Cinpinlə görüşmək üçün may ayında Pekinə səfər etməsi planlaşdırılır.