Trabzonda Türkiyə Cümhuriyyətinin və Heydər Əliyevin 100 illiyi qeyd olunub

Region
  • 30 noyabr, 2023
  • 07:37
Trabzonda Türkiyə Cümhuriyyətinin və Heydər Əliyevin 100 illiyi qeyd olunub

Türkiyənin Trabzon şəhərində yerləşən Qara Dəniz Texniki Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

"Report"un Ankara bürosuna Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, Qarsdakı Baş konsulluğumuzun təşkilatçılığı və səfir Rəşad Məmmədovun, Trabzon vilayəti rəsmiləri, ictimaiyyət nümayəndələri və tələbələrin iştirakı ilə təşkil olunan tədbirdə Baş konsul Nuru Quliyev çıxış edib.

Tədbir Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivinin ifasında möhtəşəm konsert proqramı ilə davam edib, Azərbaycanın sevilən xalq və bəstəkar mahnıları səsləndirilib.

44 filmi