Tolqahan Bəxtiyar: Türkiyə ağıllı kənd təsərrüfatını genişləndirir

Region
  • 08 sentyabr, 2026
  • 12:58
Tolqahan Bəxtiyar: Türkiyə ağıllı kənd təsərrüfatını genişləndirir

Türkiyə ağıllı kənd təsərrüfatını genişləndirir.

"Report" xəbər verir ki, bunu Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin rəhbəri Tolqahan Bəxtiyar "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "Rəqəmsal transformasiya və süni intellekt: İqlimə davamlı kənd təsərrüfatının qurulması" mövzusundakı panel sessiyada deyib.

Onun sözlərinə görə, bu gün Türkiyə diqqətini statistik məlumatlara əsaslanan modellərə və fermerlərin potensialının artırılmasına yönəldib:

"​İqlimə uyğunlaşma tamamilə ilkin məlumatların sürəti və keyfiyyətindən asılı olduğu üçün peyk təsvirlərini, hava şəraiti, torpaq məlumatlarını və fermer qeydlərini toplayırıq. Bununla fəlakətlər baş verməzdən əvvəl fəsadları azaltmağa çalışırıq".

T.Bəxtiyar bildirib ki, məhsulların monitorinqi, quraqlığın qiymətləndirilməsi, xəstəliklərin aşkarlanması üçün süni intellektdən istifadə edilir.

O əlavə edib ki, bu işlər rəqəmsal transformasiya tələb edir və hansısa ölkə bunu təkbaşına edə bilməz: "İqlim təzyiqi artdıqca, süni intellekt vasitəsilə operativ sistem qurula bilər".