Timur Gültekin: İtkinlərlə bağlı ağrı-acıları hələ də yaşayan ailələri görmək çox kədərlidir
- 09 oktyabr, 2026
- 13:15
Yeniliklərdən dərhal xəbərdar olun!
İtkin düşmüş şəxslərlə bağlı ağrı-acıları hələ də yaşayan ailələri görmək çox kədərlidir.
Bunu "Report"un Xocalıya ezam olunan əməkdaşına açıqlamasında "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçısı, Ankara Universitetinin müəllimi Timur Gültekin deyib.
O, itkinlərlə bağlı fəaliyyətin intensivləşdirilməsi üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb:
"Əslində, biz buraya gələndə 1992-ci ildən bu günə qədər baş verənlərə nəzər salırıq. Aradan keçən uzun müddətdən sonra itkin düşmüş şəxslərlə bağlı ağrı-acıları hələ də yaşayan ailələri görmək çox kədərlidir. Həmin şəxslərlə bağlı məlumatların əldə edilməsi və ailələrinə təqdim olunması çox vacibdir. Bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə ehtiyac var".