Terrorçu “PYD”nin Türkiyə hərbçilərinə qarşı terror hücumunun qarşısı alınıb
- 27 yanvar, 2017
- 08:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 yanvar. REPORT.AZ/ Terrorçu “PYD”nin (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu) Türkiyə Silahlı Qüvvələri və Suriya Azadlıq Ordusuna (SAO) qarşı hücum planının qarşısı alınıb.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, terrorçu PKK-nın bu qolu Suriyanın Cerablus bölgəsində Türkiyə hərbçiləri və SAO-ya partlayıcı yüklənmiş avtomobillə hücum etməyi planlaşdırıb.
Məlumata görə, terrorçular Türkiyə hərbçilərinə aid konvoya 10 tondan artıq partlayıcı yüklənmiş avtomobillə hücum etmək istəyirmiş.
Xəbərdə bildirilib ki, Suriyanın Tel Abyat bölgəsinin Şuyuh kəndindən olan Hüseyn Hamedan adlı terrorçu tutulub. O, hücum əmrinin terrorçu “PYD”nin nəzarəti altında olan Münbiçdən verildiyini etiraf edib. Onun sözlərinə görə, hücum “PYD”nin Fırat və Zindar adlı iki üzvü tərəfindən təşkil edilib. Hamedan onların arasında Türkiyədən Suriyaya keçən Cihan adlı daha bir terrorçunun olduğunu da bildirib.
Həmçinin məlumatda həmin bölgədə oxşar terror hücumlarının artacağı da vurğulanıb.