Tehranda məktəblər distant təhsilə keçir
Region
- 23 yanvar, 2026
- 17:46
İranın Tehran əyalətində məktəblər yanvarın 24-də distant təhsilə keçəcək.
"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə Tehranın Təhsil və İctimaiyyətlə Əlaqələr Departamentindən bildirilib.
Məlumata görə, qar və soyuq hava şəraiti ilə əlaqədar həmin gün dərslər onlayn formatda keçiriləcək. Bu formatın növbəti günlərdə davam edib-etməyəcəyi barədə məlumat verilməyib.
Bildirilib ki, Tehran əyaləti icra başçısının ofisi və böhran idarəetmə qərargahı ilə koordinasiya əsasında bölgənin bütün ibtidai və orta məktəblərində dərslər onlayn formatda davam etdiriləcək.
İnformasiyaya əsasən, bütün məktəblərə enerjiyə qənaət etmələri, lazımsız istilik və işıqlandırma sistemlərini söndürmələri ciddi şəkildə tövsiyə olunur.
Son xəbərlər
23:16
Kris Rayt: ABŞ İrana nüvə yanacağı tədarük etməyə hazırdır
Digər ölkələr22:59
Göyərtəsində ABŞ konqresmeninin olduğu təyyarə gölə qəza enişi edib
Digər ölkələr22:44
İstanbulda avtobusun alışması nəticəsində ölən və yaralananlar var
Region22:28
Foto
Gürcüstanda azərbaycanlıların "Qadınlar Cəmiyyəti" yaradılıb
Region22:10
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq
Energetika21:51
Mayk Conson ABŞ-ni süni intellektin tənzimlənməsində tələsməməyə çağırıb
Digər ölkələr21:33
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
Region21:14
Berlin prokurorluğu hücum edəni güllələyən polislərə qarşı istintaqı dayandırıb
Digər ölkələr20:58